Hakimlərimiz İtaliyanın oyununda

Hakimlərimiz İtaliyanın oyununda

FİFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Elşad Abdullayev UEFA-dan dəvət alıb.

MediaSport.az xəbər verir ki, təmsilçilərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlarda ədaləti qorumağa çalışacaqlar.

İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.