Qurban Qurbanovdan Elvin Cəfərquliyevə SON XƏBƏRDARLIQ!
"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevin Azərbaycan Premyer Liqasının "Araz-Naxçıvan"la açılış matçında qırmızı vərəqə alması baş məşqçi Qurban Qurbanovu hiddətləndirib.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis 23 yaşlı futbolçuya sonuncu dəfə xəbərdarlıq edib.
Klubdaxili iclasda cinah müdafiəçisinə bildirilib ki, meydanda bir də belə məsuliyyətsiz hərəkətlərə yol versə, bağışlanmayacaq.
Milli üzvündən komandanı ardıcıl neçənci dəfədir pis vəziyyətdə buraxmasına son verməsi tələb olunub.
Əks halda ciddi cəzaya məruz qalacaq futbolçu əvəzedici heyətə göndəriləcəyinin siqnalını alıb.
Xatırladaq ki, mövsümün startında meydandan qovulan Cəfərquliyev ötən sezon UEFA Avropa Liqasının "Braqa" və "Bayer"lə kritik qarşılaşmalarında da qırmızı vərəqə alaraq "atlılar"ı çətin durumda buraxmışdı.