Milli komandamız Bratislavada Slovakiya yığmasına uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.
Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma səfərdə Slovakiya millisi ilə qarşılaşıb.
Bratislavadakı Seneç Məşq Mərkəzində baş tutan matç meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 3:2.
Komandamızln qollarını Samir Abdullayevlə Ağadadaş Salyanski vurub.
Millimiz iyunun 11-də Bakıda Bolqarıstan futbolçularını qəbul edəcək.