Azərbaycanla oyuna hazırlaşan yığmanın baş məşqçisi istefa verdi
İyunun 11-də Macarıstanda Azərbaycan milli komandası ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığması baş məşqçisiz qalıb.
Mediasport.az xəbər verir ki, Məhəmməd Adiyev vəzifəsindən ayrılıb.
Mütəxəssis ailə vəziyyətini əsas gətirərək istefa verib.
Xatırladaq ki, məşqçi 2022-ci ildən Qazaxıstan millisinə rəhbərlik edirdi.