Lənkəran idmançısı Azərbaycan çempionu adını qazanıb
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış günü start götürüb.
Mediasport.az xəbər verir ki, turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
Bu dəfə kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 67 kq-a qədər olan atletlər çıxıblar.
Lənkəran idmançısı Fuad Həsənov toplam 258 kq (118+140) nəticə ilə bütün rəqiblərindən üstün olub və qızıl medala yiyələnib.
Sonrakı yerləri müvafiq olaraq 233 kq (105+128) nəticə ilə Turan Əliyev və 224 kq (104+120) nəticə ilə Akif Abdullayev qazanıblar.