9 medal qazanan komandamız Avropa çempionatında 4-cü oldu

9 medal qazanan komandamız Avropa çempionatında 4-cü oldu

Oktyabrın 15-dən 25-nə qədər Albaniyanın Dürres şəhərində ağır atletika üzrə keçirilmiş U-20 və U-23 Avropa çempionatında iştirak etmiş yığma komandamız vətənə dönüb.

mediasport.az xəbər verir ki, 37 ölkədən 400-dən çox atletin mübarizə apardığı yarışda atletlərimiz 9 medal - 3 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Komandamız bu nəticə ilə yaşı 20-yə qədər olan gənclər arasında medal sıralamasında 4-cü yeri tutub.