Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə 3-cü olub

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə 3-cü olub

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, idmançımız bu uğura İspaniyanın Vitoriya şəhərində keçirilən kişi para badmintonçuların qoşa yarışlarında nail olub.

Sinqapur parabadmintonçusu Tay Vey Minqlə birgə duet təşkil edən İbrahim yarımfinalda mübarizəni dayandırıb.

Əliyev-Minq cütü 1/4 finalda Fransa təmsilçiləri Martın Baptist-Sarrober Klemen tandeminə hər iki setdə qalib gəlib.