İcra başçısı Azərbaycan çempionu olan komanda ilə görüşdü - FOTO

İcra başçısı Azərbaycan çempionu olan komanda ilə görüşdü - FOTO

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev AFFA Region Liqasında 2023/2024-cü illər mövsümünün qalibi adını qazanan “Şimal” futbol komandasının məşqçi və futbolçuları ilə görüşüb.

Mediasport.az xəbər verir ki, komanda üzvlərini təbrik edən icra başçısı onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Elnur Rzayev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən və idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlardan söz açıb.

O, Xaçmaz rayonunda da idmanın kütləviliyinə nail olmaq üçün önəmli layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.

Görüşdə gələcək perspektiv planlar müzakirə olunub. “Şimal” futbol komandasının uğurlarının davamlı olması üçün belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyi vurğulanıb.

“Şimal” futbol komandasının üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda komandaya Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman təqdim olunub.