"Xankəndi" "Neftçi" və "Qəbələ"nin keçmiş futbolçularını transfer etdi
Yeni yaradılan "Xankəndi" Futbol Klubu ilk transferlərini gerçəkləşdirib.
Mediasport.az xəbər verir ki, klub yarımmüdafiəçi Pərviz Qaraxanov və müdafiəçi Əziz Hüseynovla anlaşıb.
28 yaşlı Pərviz bu keçidə qədər "Neftçi", "Səbail", "Baku City" və "Qusar" klublarında forma geyinib.
32 yaşlı Əziz karyerası ərzində "Karvan", "Qəbələ", "Araz Naxçıvan", "Neftçala", "Şəmkir", "Turan Tovuz", "Rəvan", "Füzuli"da oynayıb.
Xatırladaq ki, "Xankəndi" cari mövsümdən AFFA Region Liqasında iştirak edəcək.