İdmançımız dünya çempionatında mübarizəyə uğurla başladı

İdmançımız dünya çempionatında mübarizəyə uğurla başladı

Danimarkanın Kopenhagen şəhərində badminton üzrə dünya çempionatı start götürüb.

mediasport.az xəbər verir ki, kişi badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan  Edi Reski Dviçayo DÇ-yə qələbə ilə başlayıb.

Mübarizəyə 1/32 finaldan başlayan təmsilçimiz ilk görüşündə ABŞ bamdintonçusu Castin Ma ilə qarşılaşıb.  Hər iki setdə rəqibindən üstün olan Edi 2:0 (21-14,21-17) hesablı qələbə qazanıb.

O, 1/8 finala yüksəlmək uğrunda Sinqapur badmintonçusu Loh Kin Yeşlə qarşılaşacaq.

Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Tailand badmintonçuları Supak Jomkoh-Kittinuponq Kedren qoşasına 0:2 (13-21,12-21) hesabı ilə uduzub.