Azərbaycan medal sıralamasında 15-ci pilləyə düşdü - Avropa Oyunları
Azərbaycan idmançıları Polşada keçirilən III Avropa Oyunlarının 5-ci günündə medal qazana bilməyib.
MediaSport.az xəbər verir ki, komandamızın medal sıralamasında mövqeyi geriləyib.
Son nəticəyə əsasən, aktivində 2 qızıl, 1 gümüş və 2 bürünc medal olan ölkəmiz cədvəldə 5 pillə aşağı düşərək 15-ci yerdə qərarlaşıb.
Medal sıralamasına əvvəlki kimi İspaniya (13 qızıl, 8 gümüş, 8 bürünc) başçılıq edir. İtaliya (11 qızıl, 12 gümüş, 15 bürünc) ikinci pillədəki yerini qoruyubsa, Ukrayna 3-cü (9 qızıl, 6 gümüş, 3 bürünc), Almaniya (8 qızıl, 9 gümüş, 5 bürünc) isə 4-cü sıraya yüksəlib.
Yarışlarda indiyədək ümumilikdə 38 ölkə medal qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə - karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.