Klub şikayət etdi, iki futbolçu oyun alqı-satqısına görə tutuldu - FOTO

Klub şikayət etdi, iki futbolçu oyun alqı-satqısına görə tutuldu - FOTO

Türkiyədə iki futbolçu oyun alqı-satqısında ittiham edilərək saxlanılıb.

mediasport.az xəbər verir ki, bu barədə "İnəgölspor" klubu məlumat paylaşıb.

Bildirilir ki, komandanın iki keçmiş üzvü - qapıçılar Əmrə Selen və Sərcan Çobanoğlu şübhəli qismində həbs ediliblər. Türkiyənin ikinci liqa təmsilçisinin açıqlamasında klub özünün qapıçılarla bağlı 2022-ci il dekabrın 12-də prokurorluğa şikayət ünvanladığı, bu müddətdə araşdırma aparıldığı qeyd olunub.