"Qarabağ"ın üzvü "Neftçi" ilə oyundan sonra bölməyə çağırılıb
"Qarabağ"ın Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi oyunda insident yaşanıb
Mediasport.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyevə qarşı cinayət hadisəsi törədilib.
Milli komandamızın futbolçusu bu haqda polisə məlumat verib və izahatının alınması üçün 24-cü bölməyə aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, Cəfərquliyevin polis bölməsinə gəlməsinə səbəb onun şikayəti ilə bağlı olub.
23 yaşlı futbolçu "Neftçi" ilə qarşılaşmadan sonra qanun keşikçilərinə çantasının oğurlandığını bildirib.
Bundan sonra Elvin zərərçəkmiş şəxs kimi izahat yazması üçün polis bölməsinə dəvət olunub.
Futbolçunun çantasını oğurlayan, stadiona azarkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb.