"Üstünlük "Dinamo"da olsa da, vəziyyəti dəyişmək mümkündür"

"Üstünlük "Dinamo"da olsa da, vəziyyəti dəyişmək mümkündür"

"Qarabağ" haqqında onu deyim ki, birinci oyunda böyük şanssızlıq yaşandı. Hesab heç də oyunu əks etdirmirdi".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

Veteran funksioner Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb) ilə ilk matçında (0:3) bəxtinin gətirmədiyini bildirib:

"Qurban Qurbanovun komandası səfərdən ən azı heç-heçə ilə dönməliydi. "Qarabağ" hətta yaratdığı qol vəziyyətlərinə görə qalib də gəlməliydi. Fürsətlərdən istifadə edə bilmədik. Təbii olaraq, indiki məqamda üstünlük rəqibin tərəfdindədir. Lakin vəziyyəti dəyişmək mümkündür".

"Köhlən atlar"ın sabiq hücumçusu qeyd edib ki, komanda daha əvvəl də ağır situasiyalardan üzüağ çıxmağı bacarıb:

"Əvvəlki illərdə də bunun şahidi olmuşuq. Güclü komandalara qarşı layiqli mübarizə aparıblar. Sadəcə, onu demək istəyirəm ki, bir qədər bəxt amili də komandamızın yanında olsa, Xorvatiyadakı məğlubiyyətin əvəzini çıxa bilərik. Yaradılacaq qol vəziyyətlərindən maksimum istifadə etmək lazımdır. Belədə məncə, "Qarabağ"ın üzü gülər".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 20:45-də start götürəcək.

Rövşən ƏLİSOY