"Neftçi" üzvünün yığması DÇ-nin seçmə mərhələsində qrupdan çıxdı
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin yığmasında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Livan yığması ilə qarşılaşıb.
Caber Qətərin paytaxtı Dohada keçirilən və qolsuz başa çatan görüşdə 90 dəqiqə meydanda olub.
Fələstin yığması 8 xalla İ qrupunda 2-ci pillədə qərarlaşıb.
Son turun nəticəsindən asılı olmayaraq, Caberin komandası qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib.
İsrailli futbolçu 2023-cü ildən tarixi torpağı Fələstin millisini seçib və burada 7 dəfə forma geyinib.
O, daha əvvəl İsrailin U-21 yığmasında 8 matça çıxıb, 2 qol vurub.