ÇL: Daha dörd komanda əsas mərhələyə vəsiqə qazanacaq
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Bakıda "Dinamo"nu (Zaqreb) qəbul edəcək.
Dünən "Yanq Boys" (İsveçrə), "Sparta" (Praqa, Çexiya) və "Zalsburq" (Avstriya) liqa mərhələsinə adını yazdırıb.
"Qalatasaray" (Türkiyə), "Malmö" (İsveç) və "Dinamo" (Kiyev, Ukrayna) cari mövsüm yoluna UEFA Avropa Liqasında davam edəcək.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab matçları
28 avqust
20:45 "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) (ilk oyun - 0:3)
23:00 "Slovan" (Slovakiya) - "Midtyulland" (Danimarka) (ilk oyun - 1:1)
23:00 "Srvena Zvezda" (Serbiya) - "Bude-Qlimt" (Norveç) (ilk oyun - 1:2)
23:00 "Slaviya" (Praqa, Çexiya) - "Lill" (Fransa) (ilk oyun - 0:2)