Premyer Liqada mövsümün baş məşqçisi olmağa 5 namizəd var

Premyer Liqada mövsümün baş məşqçisi olmağa 5 namizəd var
Futbol üzrə İngiltərə Premyer Liqasında geridə qalmaqda olan mövsümdə ən yaxşı məşqçisi adına namizədlərin adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, siyahıda 5 mütəxəssisin adı yer alıb.

Onlardan dördü ispaniyalı məşqçilərdir - Mikel Arteta (“Arsenal”), Unay Emeri (“Aston Villa”), Pep Qvardiola (“Mançester Siti”), Andoni İraola (“Bornmut”) və Yürgen Klopp (“Liverpul”) qalib adına namizəddir.

Qalib ekspertlər və azarkeşlər arasında aparılan səsvermə ilə seçiləcək.

Ən yaxşı baş məşqçinin adı mayın 21-də açıqlanacaq.