Gəncə klubunun baş məşqçisi futboldan 1 illik uzaqlaşdırılıb
AFFA İntizam Komitəsi U-13 Liqasında çıxış edən "Azəri" komandasının baş məşqçisi Elşən Əliyevə sərt cəza verib.
Mediasport.az xəbər verir ki, onun futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub.
Gəncə təmsilçisinin çalışdırıcısı "Turan Tovuz"la matçda baş hakimi təhqir edib, referinin şərəf və layaqətini alçaldıb.
Bundan əlavə, mütəxəssis baş məşqçi ədalət təmsilçisini vurmağa cəhd edib.
Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.