"Qarabağ" "Ayaks"a uduzdu

"Qarabağ" "Ayaks"a uduzdu

Türkiyənin İzmir şəhərində təşkil olunmuş “İzmir Cup-2023” beynəlxalq futbol turnirinin qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

mediasport.az xəbər verir ki, "E" qrupunda mübarizə aparan “Qarabağ”ın U-12 komandası Niderlandın “Ayaks” klubu ilə qarşılaşıb.

Görüş niderlandlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" ilk oyunda "Boluspor"la heç-heçə edib - 0:0. Təmsilçimizin növbəti rəqibi Serbiyanın "Srvena Zvezda" klubu olacaq.