"Qarabağ"ın çempion komandası Türkiyə turnirinə uğurla start verib
"Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandaları Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" turnirinə start verib.
Mediasport.az xəbər verir ki, bu ilin martında Belarusun paytaxtı Minskdə "Bizim gələcəyimiz" adlı turnirin qalibi olmuş "Qarabağ"ın U-14 komandası yarışa uğurlu başlayıb.
Komanda startda "Dikilitaş"ı (Türkiyə) 8:0 darmadağın edib, daha sonra "Özərspor"ü (Türkiyə) məğlub edib - 2:0.
6 xalla B qrupuna başçılıq edən "köhlən atlar" bu gün "Oyna" (Qazaxıstan) ilə qarşılaşacaq.
"Qarabağ"ın U-9 komandası isə A qrupunda "Kentyıldız"a (Türkiyə) 1:2 hesabı ilə uduzsa da, "Karagümrük"ə (Türkiyə) qalib gəlib - 1:0.
Ağdam təmsilçisi bu gün Antalya karması və qrup lideri "Torbalıgücü" ilə görüşəcək.