Azərbaycan - İngiltərə qarşılaşması "Azərsun Arena"da keçiriləcək

 Azərbaycan - İngiltərə qarşılaşması "Azərsun Arena"da keçiriləcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu millimizin martdakı görüşləri Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutacaq.

Komandamız martın 22-də İngiltərə, 26-da isə Ukrayna yığmalarını qəbul edəcək.

Xatırladaq ki, F qrupunun turnir cədvəlində İngiltərə 12 xalla ikinci, yığmamız isə 3 xalla dördüncüdür.