Miroslav Kloze: "Mahir zədədən çox əziyyət çəkdi, ona vaxt verdik"
Almaniya 2-ci Bundesliqasında yarışan “Nürnberq”in baş məşqçisi Miroslav Kloze 9-cu turun “Qröyter Fürt”lə derbi görüşü haqda danışıb.
Mediasport.az xəbər verir ki, ötənlərin məşhur siması 4:0 hesablı səfər qələbəsini şərh edib.
Kloze Azərbaycan yığmasının üzvü Mahir Emrelinin qol vurmasında da söz açıb:
"Uzun müddətdir ki, Tsimas və Emrelinin meydanda bir-birini anlamağa başlamasını gözləyirdik. Mahir zədə səbəbindən uzun müddət əziyyət çəkdi, amma ona vaxt verdik. Emrelinin qol qeydi? Futbolçular mənimlə məşq etdikləri üçün belə bayram edirlər".
Xatırladaq ki, Almaniyada ilk qolunu vuran Mahir 13-cü dəqiqədə hesabı açıb.