Argentina yığması mundialda ilk qələbəsini qazandı - DÇ-2022

Argentina yığması mundialda ilk qələbəsini qazandı - DÇ-2022

Dünya Kubokunda ikinci oyununa çıxan Argentina millisi ilk qələbəsini rəsmiləşdirib.

mediasport.az xəbər verir ki, qrup mərhələsinin ilk oyununda sensasion şəkildə Səudiyyə Ərəbistanına məğlub olan Lionel Skaloninin komandası Meksika yığmasından üstün olub - 2:0.

Komandanın lideri Lionel Messi və Enso Fernandes fasilədən sonra vurduğu gözəl qollarla Argentinaya DÇ-də vacib qələbə qazandırıb.