34 yaşlı eks "Qəbələ"li forvard da millimizlə oyuna çağırılıb - SİYAHI
Oktyabrın 13-də AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində evdə Azərbaycan yığmasını qəbul edəcək Estoniya millisinin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Tomas Heberli seçmə komandamız, həmçinin Tailand yığmasına qarşı yoldaşlıq matçı üçün düşərgəyə 24 futbolçu çağırıb.
Taiyo Teniste, Rauno Sappinen, Markus Soomets və Erko Yonne Tuqyas zədə səbəbindən yığmadan kənar qalıblar, müdafiəçilərdən Nikita Baranov şəxsi səbəblərdən icazə alıb, dəvət alan Karol Mets isə cəzalı olduğu üçün Azərbaycanla oyunu buraxacaq.
Qapıçılar: Karl Yakob Hein (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Hebar", Pazarcik, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);
Müdafiəçilər: Karol Mets (“Sankt-Pauli”, Almaniya), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Artur Pikk (“Odra”, Polşa), Marten Kuusk (“Uypeşt”, Macarıstan), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Ken Kallaste, Mixael Lilander (hər ikisi “Flora”), Rasmus Peetson (“Levadiya)
Yarımmüdafiəçilər və hücumçular: Henri Anier (“Li Man”, Honkonq), Mattias Kayt (“Rapid”, Rumıniya), Erik Sorqa (“Sumqayıt”, Azərbaycan), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunyov (“Peskara”, İtaliya), Boqdan Vaşuk (“Vozdovats”, Serbiya), Rokko Robert Şeyn (“Dordrext", Niderland), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Konstantin Vasilyev, Sergey Zenyov, Henrik Oyamaa, Martin Miller (hamısı “Flora”).
Estonlar Tailand millisi ilə də Tallinndə qarşılaşacaqlar. Bu duel oktyabrın 17-də baş tutacaq.