Qurban Qurbanovla Rəşad Sadıqov Slovakiyada belə təqdim edildi
Futbol üzrə Azərbaycan milli komandası bir neçə dəqiqə sonra UEFA Millətlər Liqası C Liqasında 1-ci qrupun ikinci oyunu çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.
Mediasport.az saytının AFFA-nın dəvəti, "Misli"nin təşkilatçılığı ilə Şərqi Avropaya ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşün baş tutacağı Koşitse Futbol Arenasında millimizlə bağlı bəzi rekordlar təqdim edilib.
Stadionun diktoru keçmiş futbolçular - Qurban Qurbanovun ən çox qol vuran, Rəşad Sadıqovun isə ən çox oyun keçirmiş oyunçu olduğunu səsləndirib, statistik göstəricilər arenanın monitorunda əks edilib.
Xatırladaq ki, Qurban Qurbanov milli tarixində 15 qol vurub, Rəşad Sadıqov 111 matç keçirib.
Matç Bakı vaxtilə saat 20:00-da başlanacaq.