Afrika Millətlər Kubokunda qrup mərhələsinin rəmzi "11-liy"i
Afrika Millətlər Kubokunda qrup mərhələsinin simvolik "11-liy"i açıqlanıb.
Mediasport.az xəbər verir ki, rəmzi komandada ən çox futbolçu ilə təmsil olunan Mərakeş millisidir.
Seneqalın 3, Ekvatorial Qvineyanın 2, Konqo və Anqolanın isə 1 üzvü ən yaxşı "11-liy"ə düşüb:
Qapıçı: Xesus Ovono (Ekvatorial Qvineya)
Müdafiəçilər: Əşrəf Hakimi, Naif Aquerd (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Artur Masuaku (Konqo)
Yarımmüdafiəçilər: Azzedin Unahi, Sofyan Amrabat (hər ikisi Mərakeş), Lamin Kamara (Seneqal)
Hücumçular: Jelson Dala (Anqola), Emilio Nsue (Ekvatorial Qvineya), İsmaila Sarr (Seneqal)
Xatırladaq ki, Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.