"Şəki" ilə qarşılaşmaya qələbə üçün çıxacağıq" - "Quba"nın çalışdırıcısı

  "Şəki" ilə qarşılaşmaya qələbə üçün çıxacağıq" - "Quba"nın çalışdırıcısı

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 1-ci turunun "Şəki" ilə oyunundan öncə fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, çalışdırıcı komandasının mövsümə hazır olduğunu söyləyib:

"Çalışdığımız qədərilə mövsümə yaxşı hazırlaşmışıq. Heyətimiz komplektləşib. İstənilən oyunda sona qədər mübarizə aparacağıq. Məqsədimiz uğurlu nəticələr qazanmaqdır. İlk oyunumuza səfərdə "Şəki"yə qarşı keçirəcəyik".

Mütəxəssis Azərbaycan çempionatında asan rəqibin olmadığını söyləyib:

"Buna baxmayaraq, "Şəki" ilə qarşılaşmaya qələbə üçün çıxacağıq. Komandama inanıram. Yaxşı kollektivimiz var. Ümidvaram ki, istədiyimiz nəticəni qazanaraq liqaya qələbə ilə start verəcəyik".