ABL: "Naxçıvan" NTD ilə qarşılaşır

  ABL: "Naxçıvan" NTD ilə qarşılaşır

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma baş tutacaq.

Görüş Azərbaycan Basketbol Federasiyasının rəsmi "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun digər duelləri 25-26-27 oktyabrda keçiriləcək.

Azərbaycan Basketbol Liqası. 2-ci tur

22 oktyabr

17:00 "Naxçıvan" - NTD

"Sərhədçi" İdman Mərkəzi.