Sensasiya olmadı - Azərbaycan Kubokunda daha iki oyun baş tutub

Sensasiya olmadı - Azərbaycan Kubokunda daha iki oyun baş tutub

Basketbol üzrə Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib.

Mediasport.az xəbər verir ki, B qrupunda əvvəlcə meydana "NTD-İndiqo" və "Şəki" komandaları çıxıblar.

Oyun Xaçmaz klubunun 103:63 hesablı qələbəsi ilə yekunlaşıb.

"NTD-İndiqo"nun heyətində ən məhsuldar basketbolçu Murad Babayev (21 xal, 2 ribaund), "Şəki"də Pol Dibal (13 xal, 4 ribaund) olub.

Günün ikinci matçı isə "Sərhədçi" və "Gəncə" klubları arasında baş tutub. Görüş meydan sahiblərinin 99:63 hesablı qalibiyyəti ilə bitib.

"Sərhədçi"nin heyətində ən məhsuldar basketbolçu Cəbrayıl Əkbərov (22 xal,12 ribaund), "Gəncə"də isə Donovan Filds (13 xal, 1 asist) olublar.