İtaliya milli komandasının oyunçusu İngiltərə Premyer Liqasında - RƏSMİ

İtaliya milli komandasının oyunçusu İngiltərə Premyer Liqasında - RƏSMİ

İtaliya milli komandasının müdafiəyəmeylli yarımmüdafiəçisi Sandro Tonali karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

MediaSport.az xəbər verir ki, "Milan"dan ayrılan 23 yaşlı futbolçu "Nyukasl"la 5 illik müqavilə bağlayıb.

"Pyaçensa"nın yetirməsi Milan klubunun heyətində 2020-ci ildən çıxış edirdi.

"Sağsağanlar" keçid üçün İtaliya klubuna 70 milyon avro ödəyiblər.


Ayxan