Julio Romao və Andrey Lunyov liderdir - UEFA Avropa Liqası
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Mediasport.az xəbər verir ki, "Qarabağ"ın oyunçuları statistik göstəricilərdə fərqlənib.
Ölkə çempionunun qapıçısı Andrey Lunyov bu tur ən çox qurtarışla yadda qalıb.
Rusiyalı qolkiper 37 "seyv" edib. Kiprin "Aris" klubundan Vana Alveş (30) ikinci, Polşanın "Rakuv" komandasından Vladan Kovaçeviç (27) üçüncü sırada qərarlaşıb.
İkili mübarizələrdən 27 dəfə qalib ayrılan yarımmüdafiəçi Julio Romao birinci yeri tutur. Serbiyanın “Baçka Topola” klubundan Milan Radin (22) ikinci, "Aris"dən Culius Şoke (20) üçüncüdür.