"Kəpəz"in bıçaqlanan azarkeşi əməliyyat edildi, rəhbərlik xəstəxanaya yollandı - HADİSƏ
"Kəpəz" Premyer Liqanın 20-ci turunun "Səbail"lə səfər görüşündən əvvəl bıçaqlanan azarkeşi ilə bağlı açıqlama yayıb.
mediasport.az xəbər verir ki, Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat edilib, həyatı üçün təhlükə yoxdur. Xəstəxanada azarkeşi “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, Millət vəkili Müşfiq Cəfərov, İdman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş ziyarət edib.
Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı saxlanılıb. Klubdan verilən məlumata görə, ilkin versiya tərəflərin arasında birinci dövrədəki oyunda mübahisə və ədavətin yaranmasıdır.