“Qarabağ” səfərə yalnız qələbə üçün yollanacaq” - TAHİR GÖZƏL

 “Qarabağ” səfərə yalnız qələbə üçün yollanacaq” - TAHİR GÖZƏL

“Komandadakı iradə önəmlidir. Oyunda üstünlük “Qarabağ”da idi. Bu, futboldur. Qismət belə gətirdi. Mən inanıram ki, komandam Bolqarıstana qələbə dalınca yollanacaq".

Mediasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən “Qarabağ” - “Ludoqorest” (1:2) görüşü haqda danışıb, komandasının sərgilədiyi futboldan razı qaldığını bildirib:

“Oyundan da gördük ki, rəqib “Qarabağ”ı yaxşı təhlil edib. Futboldur, belə olur. Bəzən müəyyən bəxtsizlik səbəbindən də ola bilər. Rəqibin qapıçısı komandasının xilasedicisi oldu. Bolqarıstan çempionudurlar. Avrokuboklarda çıxış edən komandadır. Heç bir rəqibi özümüzdən aşağı görmürəm. Bolqarıstandakı matçda mən də komandamla birlikdə olacam. Onlara dəstək olacam. Bugünkü performansımızı bir az da artırıb sürpriz etsək, orada qalib gələcəyik. “Qarabağ” səfərə yalnız qələbə üçün yollanacaq”.

Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 13-də Razqradda baş tutacaq.