Kaşşukun "Qarabağ"da debüt təəssüratları yerə-göyə sığmadı
"Qarabağ"ın yeni transferi Aleksey Kaşşuk debüt matçı haqqında təəssüratlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, ukraynalı futbolçu bununla əlaqəli sosial şəbəkə hesabında paylaşım edib:
"Bu an üçün necə də darıxmışdım. 11 çətin aydan sonra ilk 60 dəqiqə...Uzun müddətdir gözlədiyim an, debütüm, ilk qələbəm, ən çox sevdiyiniz işi yenidən etmək kimi heyrətamiz hiss baş tutdu.
Amma qarşıda hələ uzun və həyəcanlı bir yol var, gəlin əylənək. Qaranlıq günlər arxada qaldı, parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı. Tezliklə görüşərik".
Xatırladaq ki, Ağdam klubu Donetsk "Şaxtyor"unun yetirməsi ilə 3 illik müqavilə bağlayıb.