“Sabah” ölkə çempionatlarında evdə 30-cu dəfə məğlubiyyət alıb

“Sabah” ölkə çempionatlarında evdə 30-cu dəfə məğlubiyyət alıb

“Sabah” Azərbaycan çempionatlarında 30-cu ev məğlubiyyətini alıb.

Mediasport.az xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turunda gerçəkləşib.

Bakı klubu öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzub.

“Sabah” öz meydanında keçirdiyi 84-cü matçda 30-cu dəfə xalsız qalıb. Digər görüşlərdə 34 qələbəsi olan paytaxt klubu 20 heç-heçə edib.

“Sabah” ilk ev məğlubiyyətini 2018/19 mövsümündə alıb. 2018-ci il avqustun 19-da bakılılar “Sumqayıt”a 1:4 hesabı ilə uduzub.