Fransa yığmasının keçmiş üzvü Azərbaycan Premyer Liqasında

Fransa yığmasının keçmiş üzvü Azərbaycan Premyer Liqasında

Premyer Liqada debüt ilində avrokuboklara çıxmağı hədəfləyən "Araz-Naxçıvan" heyətini daha bir futbolçu ilə gücləndirib.

Mediasport.az saytına verilən məlumata görə, Muxtar Respublika təmsilçisi Fransanın U-21 yığmasının keçmiş yarımmüdafiəçisi Aksel Nqandonu transfer edib.

30 yaşlı hücumameylli futbolçu ilə bu gün rəsmi müqavilənin bağlanacağı gözlənilir.

Son klubu Liqa 2-də "Qrenobl" olmuş Nqando PSJ-nin akademiyasında yetişib, Fransada ardıcıll olaraq "Renn”, “Oser”, “Bastiya” və Türkiyədə “Göztəpə”nin şərəfini qoruyub.

2021-ci ildən "Qrenobl"da çıxış edən yarımmüdafiəçi Fransanın U-18, U-19 və U-20 millilərində də forma geyinib.