Esra Məmmədli Avropa çempionatında tarixi uğura imza atdı

Esra Məmmədli Avropa çempionatında tarixi uğura imza atdı

Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kapoşvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanmaqla tarixi nəticəyə imza atıb.

MediaSport.az xəbər verir ki, 46 kq-da çıxış edən təmsilçimiz finalda yerli Mariya Jitovoza 0:7 hesabı ilə uduzub və qitə ikincisi olub.

Bununla da Məmmədli qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.