"Turan Tovuz"lu məşqçilər və klub rəsmisi Türkiyədə "Gənclərbirliyi" akademiyasının rəhbəri ilə görüşdü

"Turan Tovuz"lu məşqçilər və klub rəsmisi Türkiyədə "Gənclərbirliyi" akademiyasının rəhbəri ilə görüşdü

"Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev və məşqçisi Seymur Tağıyev komandanın Ankaradakı təlim-məşq toplanışında iştirak edirlər.

MediaSport.az xəbər verir ki, onlar eyni zamanda “Gənclərbirliyi” akdemiyasında təcrübə keçirlər. 

Məşqçilər və klubun rəsmisi Səməd Nəsibov “Gənclərbirliyi”nin bazasında olublar və Ankara təmsilçisinin akademiyasının rəhbəri Seçkin Topçu ilə görüşüblər. 

Onlar akademiya komandalarının məşqi, oyunları, seleksiya qaydaları, son yeniliklər və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıb təcrübələrini bölüşüblər.

Qərb təmsilçisinin imzalı forması Seçkin Topçuya hədiyyə olunub.