"Qarabağ"ın "Hekken"lə oyunqabağı son məşqinin vaxtı açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Hekken” (İsveç) oyunundan öncə təşkil olunacaq mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 13-də, saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
16:30-da isə “Azərsun Arena”da media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Per-Matias Hoqmo isə media nümayəndələri qarşısına saat 18:15-də Respublika stadionunda çıxacaq. Skandinaviya klubu yarım saat sonra oyunqabağı son məşqini edəcək.
Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:45-də start götürəcək.
Azərbaycan çempionu H qrupunda 7 xalla ikincidir, “Hekken”in xalı yoxdur.