"Kəpəz" "Səbail"ə qalib gəldi, "Zirə" "Neftçi"yə uduzdu - PREMYER LİQA

"Kəpəz" "Səbail"ə qalib gəldi, "Zirə" "Neftçi"yə uduzdu - PREMYER LİQA

Premyer Liqada bu gün 12-ci turun daha iki görüşü keçirilib.

mediasport.az xəbər verir ki, Tərlan Əhmədovun gəlişindən sonra toparlanmağa çalışan "Kəpəz" doğma Gəncədə "Səbail"in qapısından 3 cavabsız top keçirib.

Rəşad sadıqovun baş məşqçisi olduğu "Zirə" isə qeyri-sabit çıxışlarını davam etdirir. Qəsəbə təmsilçisi bu dəfə doğma azarkeşləri qarşısında "Neftçi"yə böyük hesbala uduzub - 0:3.

Tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.


Premyer Liqa. 12-ci tur

"Kəpəz" - Səbail 3:0

Qollar: Abdulla Şuaybu, 36; 66. Fərid Nəbiyev, 84.

Qırmızı vərəqə: Nihad Qurbanlı, 41 (Səbail)

Gəncə şəhər stadionu. Saat 15:00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Emin Cəfərov

 

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 37. Ruslan Süleymanov, 44. Nihat Fərəci, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze

Baş məşqçi: Tərlan Əhmədov.

 

Səbail: 1. Emil Balayev (k), 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 72. Emin Zamanov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo

Baş məşqçi: Mahmud Qurbanov.

 

"Zirə" - "Neftçi" 0:3

Qollar: Y.Boqomolski, 6. Q.Donyo, 75. E.Mahmudov, 83.

Zirə İdman Kompleksinin stadionu. Saat 17:30

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

 

Zirə: 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman

Ehtiyat oyunçular: 1. Mehti Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui

Baş məşqçi: Rəşad Sadıqov.

 

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 7. Azər Əliyev, 26. Ömər Buludov, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 1. İvan Brkiç, 19. Azər Salahlı, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 18. Vato Arveladze, 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf.