Azərbaycanın 3 cüdoçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın 3 cüdoçusu Avropa çempionatının finalına yüksəldi

Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə Avropa çempionatı keçirilir.

Mediasport.az xəbər verir ki, kişilər arasında Nizami İmranov (60 kq), qadınların mübarizəsində Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) final mərhələsinə yüksəliblər.

Onlar birincilik uğrunda keçiriləcək görüşdə müvafiq olaraq, ukraynalı Nazar Viskov, türkiyəli Zilan Ərtəm və gürcüstanlı Nino Loladze ilə üz-üzə gələcəklər.

Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatı 8 sentyabrda başa çatacaq.