Klub prezidenti Renat Dadaşova borclarının olmadığını açıqladı
FİFA-nın 2 illik transfer cəzasına məruz qalan Türkiyənin “Hatayspor” klubunun Müşahidə Şurasının sədri Hikmət Çinçin Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla bağlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, klub rəhbəri "Radyospor"a açıqlamasında Dadaşova borclarının olmadığını deyib.
O, forvarda ödənilməli olan məbləğin verildiyini qeyd edib:
"Biz Renat Dadaşovun sənədinə görə cəza aldıq. Onun ödənişi çoxdan həyata keçirilib. Bu, intizam cəzasıdır. Belə qərarlar liqamızın və futbolumuzun keyfiyyətinə mənfi təsir göstərir. Biz bu prosesi FİFA-nın aidiyyəti komitəsi və İsveçrə Məhkəməsinə qaldıracağıq".
Qeyd edək ki, Dadaşov ötən mövsüm Hatay klubunun heyətində 31 oyun keçirib, 6 qol vurub.