Şahruddinin komandası "Beşiktaş"ı bu göstəricidə qabaqlayıb
Ötən il Türkiyə Superliqasında rəqib qapılarına ən çox qol vuran komandaların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, zirvədə qərarlaşan "Fənərbaxça"nın (91 qol) ən yaxın izləyicisi "Qalatasaray"dır (88).
Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi "Adana Dəmirspor" (81) İstanbul nəhəngi "Beşiktaş"ı (75) qabaqlayıb və üçüncü olub.
Sərgən Yalçının yeni təyinat aldığı "Antalyaspor" və "Sivasspor" müvafiq olaraq, 9-10-cu pillələri bölüşdürürlər (hər ikisi 50 qol).
Xatırladaq ki, futbol üzrə milli komandamızın digər üzvü Renat Dadaşovlu "Hatayspor" isə ilk "10-luq"dan kənarda qalıb.