“Mən bu nəticəyə görə utanıram” - 50 metrdən qol buraxan Olsen
“Utanmalıyıq, mən bu nəticəyə görə utanıram”.
Mediasport.az xəbər verir ki, bu fikirləri İsveç yığmasının qapıçısı Robin Olsen deyib.
Təcrübəli qolkiper AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları oyunu şrəh edib.
Yığmamızın kapitanı Emin Mahmudovun 50 metrdən qol vurduğu Olsen acığını komanda yoldaşlarının üstünə atıb:
"Açığı, zəif oynadığımıza görə komanda yoldaşlarına da qəzəbliyəm. Oyundan sonra da çox qəzəbli idim. Amma baş verənlər orada qalmalıdır. Belə nəticədən sonra burada olmaq cəhənnəm kimi ağrıdır. Mətbuatda yazılanları oxumayacağam, ancaq ciddi tənqidlər gözləyirəm. Çünki buna layiqik”.
Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar.
Noyabrın 19-da son turda yığmamız Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər.