"Sabah Bakıda fərqli atmosfer olacaq" - SENEQALLI MÜDAFİƏÇİ

"Sabah Bakıda fərqli atmosfer olacaq" - SENEQALLI MÜDAFİƏÇİ

"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin dördüncü turu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq.

mediasport.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Yunanıstan klubunun müdafiəçisi Usseynu Ba açıqlama verib: 

- Təssüf ki, ilk matçda məğlub olduq. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq.

Yeni baş məşqçiniz var. Sizi sabahkı görüşə necə hazırlaşdırıb?

- İlk matçdan sonra baş məşqçi bizimlə danışdı. Sabah fərqli səviyyəli futbol göstərəcəyik, aqressiv oynayacağıq, yaxşı nəticə qazanmağa çalışacağıq.

Sabah qələbə qazana biləcəksiz?

- Sabah fərqli atmosfer olacaq. Revanş almağa çalışacağıq. Azarkeşlərimizə sübut etmək istəyirik ki, biz böyük klubun böyük oyunçularıyıq. Sabah meydana qələbə üçün çıxacağıq.

Adətən komandanız evdə qələbə qazanmayanada səfərdə daha yaxşı oynayır. Bu barədə nə deyə bilərsən?

- İlk qarşılaşmada yeni oyunçularımız çox idi. Buna görə də komanda oyunu göstərə bilmədik. İndi vəziyyət fərqlidir. Sabah istədiyimizə nail olacağımıza inanıram.