"Qalatasaray" evdə "Bavariya"ya məğlub olub - Çempionlar Liqası
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib.
Mediasport.az xəbər verir ki, günün keçirilməli olan 8 qarşılaşmasından 2-si erkən baş tutub.
Türkiyənin yarışdakı yeganə təmsilçisi "Qalatasaray" doğma meydanda turnirin favoriti "Bavariya"ya məğlub olub.
Okan Burukun komandası fasiləyə 1:1 hesablı bərabərliklə yollansa da, ikinci hissə hücumlarını artıran Almaniya nəhəngi daha 2 qol vuraraq səfər qələbəsini rəsmiləşdirib.
"İnter" isə Milanda Avstriyanın "Zalsburq" klubuna qalib gəlib - 2:1.