Bu komanda futbolçunu vuran azarkeşinə görə Liqa 1-ə buraxılmadı
Fransa Liqa 2-də mübarizə aparan “Bordo” barəsində qərar çıxarılıb.
mediasport.az xəbər verir ki, İntizam Komitəsi Bordo təmsilçisini cəzalandırıb.
“Rodez”lə pley-off görüşündə azarkeşin Lük Buadeni vurması səbəbindən yarımçıq dayandırılmış matça görə "Bordo"ya texniki məğlubiyyət verilib və xal ehtiyatı 68-də qalıb. Nəticədə komanda Liqa 2-də ikinci pilləni 72 xal toplamış “Mets”ə verməli olub.
Beləliklə, 75 xalla çempion olmuş “Havr” və 2-ciliyə yüksələn “Mets” növbəti mövsümdən Liqa 1-də çıxış etmək hüququ qazanıb.