Sonuncu yarış günündə böyüklər mükafatlandırılıb, turnir başa çatıb
Qadın və kişi taekvondoçular arasında Azərbaycan birincilikləri və çempionatı başa çatıb.
Mediasport.az xəbər verir ki, turnir böyük yaş qrupu üzrə idmançıların mübarizəsi ilə yekunlaşıb.
Bakı İdman Sarayında keçirilən yarışda komanda hesabında "Təhsil" RİM (Sumqayıt) birinci, Ağcabədi OİK ikinci, "Gömrükçü" İC üçüncü pillədə yer alıb.
İlin perspektivli məşqçiləri adına Cəlil Abdullayev, Hüseyn Mehrəliyev, Sadiq Ağayev, Günay Zeynalova, Zahid Nadirov, İmran Zalov və Zahid Nadirov layiq görülüblər.
Ramal Əskərov, Vasif Qurbanov və Dilarə Həsənova ən yaxşı hakim, Rza Məcidovla Bəsti Quliyeva isə ilin ən fəal həkimi nominasiyasının qalibi olublar.
Böyüklər arasında ölkə çempionatının mükafatçıları:
Kişilər
54 kq: 1. Səyyad Dadaşov (MOİK), 2. Rahid Vəliyev (Masallı), 3. Hətəm Həsənli (Atilla TK), Xıdır Məmmədov (Təhsil RİM, 6 saylı İEOUGİM).
58 kq: 1. Ruslan Seyidov (Gömrükçü İK), 2. Malik Abbasov (Gömrükçü İK), 3. Yusif Qurbanov (Lənkəran TİM), Adil Eyvazov (Təhsil RİM, Sumqayıt).
63 kq: 1. Riyad Şirəliyev (Fərasət TK), 2. Pərviz İskəndərova (MOİK), 3. Rahil Yusifov (Qazax), Fərid Əmirəliyev (Qafqaz TK).
68 kq: 1. Yaşar Məmmədli (Neftçi İK), 2. Vaqif Hacıyev (Ağsu), 3. Xanlar Xanəhmədov (Quba Xaçmaz RGİİ), Vüqar Bağırov (Alpman TK).
74 kq: 1. Cavad Ağayev (MOİK), 2. Ələsgər Əliyev (Gömrükçü İK), 3. İsmət İsrafilzadə (Qafqaz TK), Nicat İsmayılzadə (Gömrükçü İK).
80 kq: 1. Eltac Qafarov (DİN İC), 2. Xan Məmmədov (DİN İC), 3. Rəvan Məmmədov (Cəsur TK), Nihat Həşimov (DİN İC).
87 kq: 1. Taleh Süleymanov (MOİK), 2. Vüsal Balaqadaşov (Xəzər PİK), 3. Hüseyn Əlizadə (DİN İC), Əli İsmayılov (Gömrükçü İK).
+87 kq: 1. Milad Beiqi Hərçəqani (FHN İSK), 2. Həmidreza Badrialiabadi (FHN İSK), 3. Orxan Qasımov (Gədəbəy GİK), Ceyhun Həsənli (Neftçi İK).
Qadınlar
46 kq: 1. Səlimə Quliyeva (Alpman), 2. Zemfira Həsənzadə (Xəzər TK), 3. Münnəvər Abbasova (Qazax), Minayə Əkbərova (Ağcabədi OİK).
49 kq: 1. Paniz İsmaelpur (Təhsil RİM, Sumqayıt), 2. Nərmin Əliyeva (Qafqaz TK), 3. Selcan Kərimova (Mübariz TK).
53 kq: 1. Patimat Abakarova (Gömrükçü İK), 2. Nigar Abdullayeva (Grandmaster), 3. Məryəm Məmmədova (Gömrükçü İK), Səmmərux Osmanova (Neftçi İK).
57 kq: 1. Səidə Əliyeva (Qafqaz TK), 2. Leyla Bəşirova (Təhsil RİM, Sumqayıt), 3. Meylin Məmmədzadə (Neftçi İK), Zivər Tağıyeva (Təhsil RİM, Sumqayıt).
62 kq: 1. Fatimə Məcidova (Təhsil RİM, Sumqayıt), 2. Fatimə Həsənova (Təhsil RİM, Sumqayıt), 3. Zəhrəxanım Həmidzadə (Qafqaz TK), Sevda Əzizova (Masallı TK).
67 kq: 1. Fəridə Əzizova (DİN İC), 2. Sübhanə Kətanova (Gəncə Daşkəsən RGİİ), 3. Şəlalə Şabanlı (Zenit TK), Əfsanə Əliyeva (Grandmaster TK).
73 kq: 1. Elnarə İbrahimova (Alov TK), 2. Ayan Əliyeva (Modern Sports), 3. Şəbnəm Poladlı (Tovuz TK).