ABL-də 9-cu turun təxirə salınmış matçında sevinən tərəf "Şəki" oldu

 ABL-də 9-cu turun təxirə salınmış matçında sevinən tərəf "Şəki" oldu

Azərbaycan Basketbol Liqasının 9-cu turundan təxirə salınmış oyun keçirilib.

Mediasport.az xəbər verir ki, B qrupunda yarışan "Şəki" "Gəncə"ni qəbul edib.

Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 72:66.

Turun son matçı bu gün Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt"la "Quba" arasında reallaşacaq.