Cavab oyunlarına 6 görüşlə start veriləcək - Konfrans Liqası
Bu gün Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində 6 matç oynanılacaq.
MediaSport.az xəbər verir ki, ilk dueldə "Zimbru"nun qapısından 5 cavabsız keçirən Türkiyə təmsilçisi "Fənərbağça" Moldovada cavab qarşılaşmasına çıxacaq.
Mərhələnin qalan 47 görüşü sabah və avqustun 3-də keçiriləcək.
Avropa Konfrans Liqası. II təsnifat mərhələsi. Cavab oyunları
19:00 "Valmiera" (Latviya) - "Tre Penne" (San Marino) ilk oyun - 3:0
21:30 "Balsan" (Malta) - "Neman" (Belarus) ilk oyun - 0:2
21:30. "Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə) İlk oyun - 0:5
22:00 "Esperanj" (Lüksemburq) - TNS (Uels) ilk oyun - 1:1
22:45 "Partizani" (Albaniya) - "Atletik Eskaldes" (Andorra) ilk oyun - 1:0
23:00 "Buduçnost" (Monteneqro) - "Struqa" (Şimali Makedoniya) ilk oyun - 0:1